Slovakiya Ukraynaya 30 döyüş maşını verib

BMP-1

© APA | BMP-1

# 29 noyabr 2022 15:13 (UTC +04:00)

Slovakiya Almaniya ilə gəldiyi razılığa əsasən, 30 ədəd BMP-1 piyadaların döyüş maşınını (PDM) Ukraynaya göndərib.

APA xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad “Twitter”də yazıb.

O qeyd edib ki, razılaşmanın şərtlərinə əsasən, bunun əvəzində Almaniya Slovakiyaya 15 ədəd “Leopard 2A4” tankı, ehtiyat hissələri və sursat göndərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR