Ukrayna və Sloveniya liderləri birgə bəyannamə imzalayıb, rəsmi Lyublyanada Ukraynanın gələcəkdə NATO-ya daxil olmasını dəstəkləyirlər.
APA-nın məlumatına görə, bu barədə prezident aparatının rəhbərinin müavini İqor Jovkvanın bəyanatında deyilir.
Onun sözlərinə görə, bəyannaməni Ukrayna prezidenti Vladimir Zelenski və Sloveniyanın baş naziri Robert Qolob imzalayıb.
Sloveniyanın Ukraynanın Avro-Atlantik inteqrasiyasına verdiyi dəstək, xüsusilə UKraynanın NATO standartlarını həyata keçirmək səyləri əsas müzakirə mövzusu olub ki, bu da Birgə Bəyannamədə öz əksini tapıb.