Sloveniyada parlament seçkilərinin nəticələri məlum olub

Sloveniyada parlament seçkilərinin nəticələri məlum olub
# 25 aprel 2022 08:46 (UTC +04:00)

Sloveniyada keçirilən parlament seçkilərində səslərin çoxunu müxalif Azadlıq Hərəkatı partiyası toplayıb.

APA-nın xəbərinə görə, bu barədə STA agentliyi məlumat yayıb.

Sloveniya parlamentindəki 90 yer uğrunda 21 siyasi pöartiya mübarizə aparıb. Azadlıq Hərəkatı Partiyası qanunverici orqanda 41 yer qazanıb. Digər yerləri Sloveniya Demokratik Partiyası, Yeni Sloveniya partiyası, Sol partiya və digər qüvvələr bölüşdürür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR