Şmıqal Almaniyanı Kiyevə müasir döyüş tankları verməyə çağırıb

Denis Şmıqal

© APA | Denis Şmıqal

# 02 sentyabr 2022 14:26 (UTC +04:00)

Ukraynanın Baş naziri Denis Şmıqal Almaniyanı Kiyevə müasir döyüş tankları ilə təmin etməyə çağırıb.

APA xəbər verir ki, Ukrayna hökumət başçısı bu barədə DPA-ya deyib.

"Silah tədarükü ilə bağlı fəlsəfəni dəyişmək lazımdır. Bununla demək istəyirəm ki, bizə müasir tanklar da çatdırılmalıdır. Biz ABŞ-ın "Abrams" tanklarının, Almaniyanın isə "Leopard 2" tanklarının tədarükünü gözləyirik. Bunlar Ukraynanın döyüş meydanında ehtiyac duyduğu müasir tanklardır", Ukrayna Baş naziri deyib.

O bildirib ki, Almaniya Ukraynaya silah tədarükündə böyük irəliləyiş əldə edib, bununla belə, Şmıqal Ukraynanın mümkün qədər tez bir zamanda daha çox silaha ehtiyacı olduğunu vurğulayıb. Nazir Almaniyanı daha çox tank və hava hücumundan müdafiə sistemi göndərməyə çağırıb.
"Biz sülh üçün mübarizə aparırıq. Düşünürəm ki, sülh uğrunda mübarizədən yorulmaq olmaz. Avropada azadlıq üçün birlikdə mübarizə aparmalıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR