Şolts: "2030-cu ilə qədər Almaniyada 6 milyon iş yeri yaradılacaq"

Şolts: "2030-cu ilə qədər Almaniyada 6 milyon iş yeri yaradılacaq"
# 05 fevral 2023 04:39 (UTC +04:00)

“2030-cu ilə qədər Almaniyanın əmək bazarında 6 milyon əlavə işə ehtiyacımız var”.

APA xəbər verir ki, bu barədə kansler Olaf Şolts məlumat verib.

Şolts vurğulayıb ki, bu məqsədə çatmaq üçün Berlin bütün tədbirlər kompleksini həyata keçirməli olacaq.

Eyni zamanda, Almaniya qeyri-Avropa ölkələrindən olan mütəxəssislərə ümid edir və onlar üçün ən müasir immiqrasiya qanunvericiliyi yaradılır.

Kansler ilin sonuna qədər lazımi qanunları qəbul ediləcəyinə söz verib.

O, Almaniyada işçilərin sayının artırılmasını, eləcə də ölkə iqtisadiyyatının artım tempini əsas məqsəd adlandırıb.

Kansler hesab edir ki, Almaniya Ukrayna hadisələrinin yaratdığı iqtisadi böhranın öhdəsindən çoxlarının gözlədiyindən qat-qat yaxşı gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR