Şolts: “Almaniya Baltik dənizində hərbi mövcudluğunu genişləndirəcək”

Şolts: “Almaniya Baltik dənizində hərbi mövcudluğunu genişləndirəcək”
# 22 iyun 2022 17:48 (UTC +04:00)

Almaniya Baltik dənizi hövzəsində hərbi mövcudluğunu genişləndirəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Bundestaqda hökumət bəyanatı ilə çıxış edən Kansler Olaf Şolts deyib.

O, Litva hökuməti ilə bu ölkədə Almaniya ordusunun hərbi mövcudluğunun artırılması barədə razılıq əldə edildiyini qeyd edib.

“Biz hərbi hava qüvvələrini və hərbi dəniz qüvvələrini Baltik dənizi hövzəsində yerləşdirməklə mövcudluğumuzu genişləndirəcəyik”, - Şolts bildirib.

Kansler Slovakiyanın da təhlükəsizliyini gücləndirmək üçün ölkəyə hərbi kontingent göndərəcəklərini qeyd edib:

“Mən hələ 27 fevralda Bundestaqda demişdim ki, NATO-nun hər kvadrat metrini müdafiə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR