Şolts: Almaniya Ukraynada sülhün əldə edilməsinə kömək etməyə hazırdır

Olaf Şolts

© APA | Olaf Şolts

# 02 mart 2023 17:03 (UTC +04:00)

Almaniya Ukraynada sülhün əldə edilməsinə və qorunub saxlanmasına kömək etməyə hazırdır.

APA xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda (parlament) çıxışı zamanı deyib.

Şolts həmçinin sülh prosesinin danışıqlar nəticəsində tez bir zamanda başlama şansının olmasına şübhə ilə yanaşdığını qeyd edib.

“Federal hökumət Ukraynaya sülhə nail olmaq üçün kömək edəcək, bu səbəbdən də biz rəsmi Kiyev və digər tərəfdaşlarımızla danışıqlar aparırıq”, - kansler vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR