Şolts Almaniyanın yeni müdafiə naziri ilə bağlı paylaşım edib - YENİLƏNİB

Boris Pistorius

© APA | Boris Pistorius

# 17 yanvar 2023 15:54 (UTC +04:00)

Almaniya Kansleri Olaf Şolts yeni müdafiə naziri ilə bağlı paylaşım edib.

APA xəbər verir ki bu barədə Kansler Şolts "Twitter" hesabında paylaşıb. "Ölkəmizin görkəmli siyasətçisi Boris Pistoriusun yeni müdafiə naziri olacağına şadam. Təcrübəsi, səriştəsi və qətiyyəti, eləcə də böyük ürəyi ilə o, müdafiə naziri postu üçün tam uyğun insandır", Şolts bildirib.

Xatırladaq ki, Boris Pistorius buna qədər Aşağı Saksoniya əyalətinin daxili işlər naziri səlahiyyətlərini icra edib.

***

Almaniyada yeni müdafiə naziri təyin olunub.

APA “Spiegel”ə istinadən xəbər verir ki, bu posta Boris Pistorius təyin olunub.

Xatırladaq ki, ötən gün müdafiə naziri Kristin Lambrext öz istəyi ilə vəzifəsindən istefa vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR