Şolts Baydenlə yaxşı anlaşdığını bildirib

Şolts Baydenlə yaxşı anlaşdığını bildirib
# 25 yanvar 2023 17:42 (UTC +04:00)

ABŞ-Almaniya münasibətləri indi uzun müddətdən sonra daha yaxşıdır.

APA CNN-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.

O, ABŞ Prezidenti Co Baydenlə yaxşı anlaşdığını vurğulayıb.

“Mən sizə deyə bilərəm ki, Almaniya və ABŞ arasında əlaqələr uzun müddət olduğundan daha yaxşıdır. Mən Amerika Prezidenti ilə yaxşı anlaşıram, düşünürəm ki, o, çox bacarıqlı, çox məqsədyönlü siyasətçidir, xüsusilə də beynəlxalq siyasət, trans-Atlantik əlaqələrin dəstəklənməsi və Almaniya ilə yaxşı əməkdaşlığın vurğulanması baxımından. Bu Prezident həqiqətən də yaxşı tərəfdaşdır”, - Şolts bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR