Şolts: “G7 liderlərinin vəzifəsi Rusiyanın qoşunlarını geri çəkməsini təmin etməkdir”

Şolts: “G7 liderlərinin vəzifəsi Rusiyanın qoşunlarını geri çəkməsini təmin etməkdir”
# 28 iyun 2022 15:28 (UTC +04:00)

G7 liderləri razılaşıblar ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlməməlidir.

APA DW-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts G7 liderlərinin sammitinin yekunları ilə bağlı açıqlamasında deyib.

“Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik və Prezident Putinin bu müharibəyə görə, iqtisadi və siyasi baxımdan ağır bədəl ödəməsi üçün çalışmağa davam edəcəyik”, - Almaniya Kansleri vurğulayıb.

Şolts diqqətə çatdırıb ki, G7 liderləri Ukraynanın öz suverenliyini və gələcəyini müdafiə edə bilməsini istəyir: “Biz ölkəni onun müdafiəsində dəstəkləyir və ona gələcək üçün perspektiv təklif edirik.

Növbəti vəzifəmiz bu müharibənin sona çatmasını və Rusiyanın qoşunlarını geri çəkməsini təmin etməkdir”.

Avropa liderlərinə müraciət edən Kansler Şolts bildirib ki, humanitar və hərbi dəstək verməklə yanaşı, Ukraynanın uzunmüddətli yenidən qurulması üçün əlavə maliyyə vəsaiti səfərbər edilməli, bu istiqamətdə hərtərəfli plan hazırlanmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR