Şolts: "NATO iki dəyərli müttəfiq qazanır"

Olaf Şolts

© APA | Olaf Şolts

# 17 may 2022 17:24 (UTC +04:00)

“İsveç və Finlandiya ilə biz ittifaqı gücləndirəcək iki dəyərli müttəfiq qazanırıq”.

APA xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts "Twitter"də bildirib.

Almaniya Kansleri İsveç və Finlandiya hökumətlərinin NATO-ya üzvlük müraciətlərini tarixi addım adlandırıb: “Biz Finlandiya və İsveçin NATO-ya üzv olmaq barədə suveren qərarını alqışlayırıq. Biz ittifaqı gücləndirəcək iki dəyərli tərəfdaş qazanırıq. Biz üzvlük prosesinin sürətlə tamamlanmasını dəstəkləyirik”.

Olaf Şolts NATO-nun müdafiə ittifaqı olduğunu vurğulayıb: “NATO heç kimə qarşı yönəlmir, lakin bütün müttəfiqlər üçün müdafiə və təhlükəsizlik təmin edir. Finlandiya və İsveçi tezliklə bizim müttəfiq kimi səbirsizliklə gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR