Şolts Rusiya ilə bağlı məsələlərdə Merkellə məsləhətləşdiyini deyib

Olaf Şolts

© APA | Olaf Şolts

# 25 noyabr 2022 17:32 (UTC +04:00)

“Rusiya Prezidenti Vladimir Putinlə dialoq qurmaq üçün heç bir problem yoxdur”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.

“Rəsmi Moskva ilə dialoq qurmaq üçün Almaniya hökumətinin eks-rəhbəri Angela Merkelin öz üzərinə vasitəçi rolu götürməsinə ehtiyac görmürəm”, - deyə o əlavə edib.

Şolts həmçinin qeyd edib ki, ölkəsinin xarici siyasət kursunda Rusiya ilə bağlı məsələlərlə əlaqədar indiyə kimi Merkellə məsləhətləşir.

Kansler qeyd edib ki, Rusiya tərəfindən Ukraynada başlanılan hərbi əməliyyatların fonunda ölkəsinin tələsik qərarlar qəbul etməsi Almaniya üçün çox təhlükəli ola bilərdi və Ukraynaya ehtiyac olduğu müddət ərzində dəstək göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR