Şolts Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı sualı gülüşlə qarşılayıb

Şolts Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı sualı gülüşlə qarşılayıb
# 29 iyun 2022 07:03 (UTC +04:00)

Almaniya kansleri Olaf Şolz G7 sammitindən sonra keçirilən yekun mətbuat konfransı zamanı Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi məsələsini gülüşlə qarşılayıb.

APA xəbər verir ki, bu barədə “Welt” nəşri məlumat yayıb.

Jurnalist Almaniya hökumətinin başçısından Rusiyanın xüsusi əməliyyatından sonra Qərb ölkələrinin Ukraynaya vəd etdiyi təhlükəsizlik zəmanətlərinin təfərrüatlarını soruşub.

Kansel isı cavabında “Bəli. Mən bunu bacarıram”,- deyə yumşaq bir şəkildə gülərək cavab verib və sonra uzun müddət sıssiz dayanıb.

Kanslerin cavabından sonra mətbuat konfransı iştirakçıları da gülüblər.

“Hamısı budur” Şolts bir az susqunluqdan sonra əlavə etdi və əllərini açıb tamaşaçıları bir daha güldürdü.

Bundan əvvəl Almaniya kansleri Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması üçün Ukrayna ilə vicdanlı razılaşmanın zəruri olduğunu bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR