Şolts və Zelenski cəbhədəki vəziyyəti müzakirə edib

Şolts, Zelenski

© APA | Şolts, Zelenski

# 17 may 2022 14:12 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Zelenskinin “Twitter” hesabındakı paylaşımda qeyd olunub.

Bildirilib ki, söhbət zamanı cəbhədəki vəziyyət, Rusiya üzərində təzyiqin davam etdirilməsi, sanksiyalar, sülh perspektivi kimi məsələlərə dair müzakirə aparılıb.

Məlumatda söhbətin məhsuldar keçdiyi qeyd olunub.

Vurğulanıb ki, söhbət zamanı Zelenski Almaniyanın Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə daha çox dəstək verəcəyinə ümidvar olduğu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR