Son 1 həftədə Rusiya-Gürcüstan sərhədindən 115 min nəfər keçib

Son 1 həftədə Rusiya-Gürcüstan sərhədindən 115 min nəfər keçib
# 26 sentyabr 2022 18:54 (UTC +04:00)

Son 1 həftə ərzində “Yuxarı Lars” gömrük-keçid məntəqəsi vasitəsi ilə Rusiya-Gürcüstan sərhədini hər iki istiqamətə 115 min nəfər keçib.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Şimali Osetiyanın hökumət rəsmisi İrbek Tomayev bildirib.

Onun sözlərinə görə, bu göstərici əvvəlki həftə ilə müqayisədə 23,3 % çoxdur.

İ. Tomayev əlavə edib ki, son 1 həftədə hər iki istiqmətdə 37 500 nəqliyyat vasitəsi hərəkət edib. Onun sözlərinə görə, hazırda Rusiya-Gürcüstan sərhədində 3500 minik avtomobili və 1300 yük maşını növbə gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR