Son sutkada Donetsk vilayətində 5 dinc sakin həlak olub

Donetsk

© APA | Donetsk

# 09 dekabr 2022 11:39 (UTC +04:00)

Ötən sutka ərzində Ukraynanın Donetsk vilayətinin Rusiya Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 5 dinc sakin həlak olub, 2 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Donetsk Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat yayıb.

Onun sözlərinə görə, Baxmut şəhərində 3 nəfər, Toretsk şəhərində və Netaylovo kəndində hərəsində 1 nəfər olmaqla, 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Vilayət rəhbəri həmçinin onu da qeyd edib ki, digər yaşayış məntəqələrində qurbanların sayını müəyyənləşdirmək mümkün deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR