Stercen: “Boris Consonun bizi sövq etmək istədiyi gələcəyi istəmirik”

Stercen: “Boris Consonun bizi sövq etmək istədiyi gələcəyi istəmirik”
# 23 iyul 2019 16:56 (UTC +04:00)

Şotlandiyanın Birinci naziri Nikola Stercen Boris Consonun Böyük Britaniyanın Baş Naziri seçilməsi ilə bağlı öz narahatlığını ifadə edib.

APA-nın xəbərinə görə, bu barədə N. Stercen öz rəsmi “Twitter” səhifəsində bildirib.

“Boris Consonu Mühafizəkarlar Partiyasının lideri seçilməsi münasibətilə təbrik edirəm. Aramızda mövcud olan çoxlu sayda fərqliliklərə baxmayaraq, onunla Şotlandiya xalqının maraqlarının qorunmasına yönəlmiş əməkdaşlıq yolunun inkişaf etdirilməsi üçün əlimdən gələni edəcəyəm”, - birinci nazir vurğulayıb.

O qeyd edib ki, Şotlandiya hökuməti və Şotlandiyanın Milli Partiyası ilə birlikdə Şotlandiyaya böyük ziyan vura biləcək sazişsiz “Brexit”in qarşısını almaqdan ötrü səylərini əsirgəməyəcək: “Şotlandiyaya müstəqillik vasitəsilə öz gələcəyini təyin etmək hüququ vermək üçün hazırlıqları davam etdirəcəyəm. Boris Consonun bizi sövq etmək istədiyi gələcəyi istəmirik”.

Qeyd edək ki, bu gün sabiq Xarici İşlər naziri Boris Conson Mühafizəkarlar Partiyasının sədri və ölkəsinin yeni Baş Naziri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR