Almaniyanın sabiq kansleri Gerhard Şröder Rusiyanın dövlət neft şirkəti "Rosneft"in Direktorlar Şurasındakı vəzifəsini tərk edir.
APA DW-yə istinadən xəbər verir ki, sabiq kansler postundan istefa verir.
Qeyd edək ki, Avropa Parlamenti Şröderin Ukraynadakı müharibəyə baxmayaraq, Rusiya şirkətindəki vəzifəsini davam etdirəcəyi təqdirdə rus oliqarxlarına qarşı sanksiyalar siyahısına daxil edilməsini istəyib.