NATO Baş katibi Yens Stoltenberq Almaniya hökumətinin Ukraynaya "Leopard 2" tanklarının göndərilməsini təsdiqləməsini təqdir edib.
APA xəbər verir ki, bu barədə Baş katib Stoltenberq "Twitter"də bildirib.
"Digər NATO müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşərək Ukraynaya "Leopard 2" tanklarının verilməsində Kansler Olaf Şoltsun və Almaniyanın liderliyini güclü şəkildə alqışlayıram. Rusiya ilə müharibənin vacib anında bu yardım Ukraynaya özünü müdafiə etməyə, müstəqil dövlət kimi qalib gəlməyə və qələbə qazanmağa kömək edə bilər", - Stoltenberq vurğulayıb.