Stoltenberq Britaniyada təlim keçən ukraynalı əsgərlərə baş çəkəcək

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 08 noyabr 2022 13:00 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Böyük Britaniyaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 9-da baş tutacaq səfər çərçivəsində Baş katib Stoltenberq Baş nazir Rişi Sunak və xarici işlər naziri Ceyms Kleverli ilə görüşəcək.

Baş katib, həmçinin Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə birlikdə ukraynalı əsgərlərə təlim keçirilən Britaniya hərbi obyektinə baş çəkəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR