Stoltenberq: Çin Ukraynanın işğalını açıq şəkildə qınamalıdır

Stoltenberq: Çin Ukraynanın işğalını açıq şəkildə qınamalıdır
# 16 noyabr 2022 17:04 (UTC +04:00)

Düşünürəm ki, Çin Ukraynanın işğalını açıq şəkildə qınamalıdır. Çünki bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır, həmçinin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təhlükədir.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Polşaya endirilən raket zərbəsi ilə bağlı fövqəladə iclasdan sonra mətbuat konfransında deyib.

“Məsələn, Çin işğalı pisləyən BMT qətnamələrinin lehinə səs verməyib. Və Çin bu müharibə ilə bağlı daha çox Rusiyanın narrativini paylaşır, hansı ki, bu narrativ doğru deyil. Rusiya və Prezident Putin bu müharibəyə görə məsuliyyət daşıyır. Biz xatırlamalıyıq ki, bu işğalçılıq müharibəsidir, bir ölkə digərinin ərazisini işğal edərək onun torpaqlarına nəzarət etməyə çalışır. Əgər Prezident Zelenski və Ukrayna xalqı müharibəni dayandırsa, bu zaman Rusiya qalib gələcək və hərbi məqsədlərinə nail olacaq. Əgər Putin və Rusiya müharibəni dayandırsa, o zaman sülh bərqərar olacaq. Ukrayna dayansa, o müstəqil dövlət kimi mövcudluğunu dayandıracaq, ona görə də Ukraynanın özünümüdafiə hüquq var”, - NATO Baş katibi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR