Stoltenberq Ərdoğanla İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə müzakirə aparıb

Rəcəb Tayyib Ərdoğan,  Yens Stoltenberq

© APA | Rəcəb Tayyib Ərdoğan, Yens Stoltenberq

# 25 iyun 2022 14:51 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi "Twitter"də bildirib.

"Finlandiya və İsveçin NATO müraciətlərini müzakirə etmək üçün dəyərli müttəfiqimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı müzakirəmiz oldu. Gələn həftə Brüssel və Madriddə danışıqları davam etdirməyə razılaşdıq", - Stoltenberq qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR