Stoltenberq Finlandiya Prezidenti ilə üzvlük məsələsini müzakirə edəcək

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 28 aprel 2022 12:45 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq və Finlandiya Prezidenti Sauli Niinistö hərbi alyansa üzvlüklə bağlı müraciəti müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin Prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu gün günorta onun Finlandiya Prezidenti ilə telefon danışığı olacaq.

“Biz iki məsələni müzakirə edəcəyik: birincisi, Finlandiyanın NATO-ya üzvlüklə bağlı potensial müraciətini və həmçinin aralıq dövrü üçün müvəqqəti tənzimləmənin tapılmasını. İsveç və Finlandiyanın öz yolunu seçməsi ilə bağlı heç bir qeyri-müəyyənlik ola bilməz, çünki bu, Avropadakı hər bir ölkənin öz gələcəyini suveren və müstəqil şəkildə seçməsi hüququ ilə bağlıdır. Rusiyanın İsveç və Finlandiyaya NATO-ya üzvlüklə bağlı müraciət etməməsi üçün etdiyi hədələr bir daha göstərir ki, Rusiya hər bir ölkənin öz yolunu seçməsinə hörmət etmir. Üzvlüklə bağlı müraciət İsveç və Finlandiyanın suveren qərarıdır və əgər onlar müraciət etsə, biz NATO olaraq buna səmimi baxacağıq və gözləyirik ki, üzvlüyün təsdiqlənməsi prosesi sürətlə reallaşacaq”, - Stoltenberq vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR