Stoltenberq Finlandiyanın xarici işlər və müdafiə nazirləri ilə görüşəcək

Stoltenberq Finlandiyanın xarici işlər və müdafiə nazirləri ilə görüşəcək
# 19 mart 2023 17:32 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Finlandiyanın xarici işlər və müdafiə nazirləri ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 20-də NATO-nun Baş katibi Yens Stoltenberq Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və müdafiə naziri Antti Kaikkoneni alyansın baş qərargahında qəbul edəcək.

Baş katib və nazirlər görüşdən əvvəl mətbuata açıqlamalar verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR