Stoltenberq Finlandiyaya səfər edəcək

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 27 fevral 2023 13:10 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Finlandiyaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş katib Stoltenberq fevralın 28-də Finlandiyaya səfər edəcək və o, səfər çərçivəsində Prezident Sauli Niinistö, Baş nazir Sanna Marin və xarici işlər naziri Pekka Haavisto ilə görüşəcək.

NATO-nun Baş katibi Helsinkidə keçiriləcək SAMAK Nordic Sammitində də iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR