Stoltenberq: İsveçin yaxın gələcəkdə tamhüquqlu üzv olmasını təmin etmək əsas prioritet olacaq

Stoltenberq: İsveçin yaxın gələcəkdə tamhüquqlu üzv olmasını təmin etmək əsas prioritet olacaq
# 20 mart 2023 18:46 (UTC +04:00)

"Türkiyənin Finlandiyanın üzvlüyünün ratifikasiyası ilə bağlı irəliləyiş elan etməsini alqışlayıram".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Finlandiyanın xarici işlər və müdafiə nazirləri ilə görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

"Ümid edirəm ki, Böyük Millət Məclisi ratifikasiya prosesini tez bir zamanda yekunlaşdıracaq. Mən həmçinin Macarıstanın gələn həftə Finlandiyanın ratifikasiyasına səs verəcəkləri barədə açıqlamasını alqışlayıram.

Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün birlikdə müraciət etmişdilər.

Və bütün NATO müttəfiqləri keçən il bizim Zirvə görüşümüzdə Finlandiya və İsveçi ittifaqımıza qoşulmağa dəvət etdilər.

Təbii ki, həm Finlandiya, həm də İsveç mümkün qədər tez üzv olması vacibdir". Stoltenberq vurğulayıb ki, vacib olan bu ölkələrin tam hüquqlu üzv olmasıdır eyni vaxtda qoşulması deyil.

"Biz Finlandiyanın ratifikasiyasının yekunlaşdırılması üzrə əldə edilmiş irəliləyişi alqışlayırıq.

İsveçin də yaxın gələcəkdə tamhüquqlu üzv olmasını təmin etmək əsas prioritet olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR