Stoltenberq Kosovoya əlavə 700 NATO əsgərinin göndərildiyini deyib

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 01 iyun 2023 10:46 (UTC +04:00)

"Kosovoya əlavə qüvvələrin göndərilməsi NATO-nun toqquşmaların siyasi həllindən imtina etməsi demək deyil".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Osloda keçirlən NATO XİN başçılarının iclasından əvvəl deyib.

"700 NATO əsgəri artıq bizim Kosovadakı qüvvələrimizi dəstəkləmək üçün oraya göndərilib. Lakin bu, sülh yolu ilə nizamlanmanın rədd edilməsi demək deyil, NATO Aİ-nin himayəsi altında (Belqrad və Priştina arasında) danışıqları tam dəstəkləyir", - Stoltenberq bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR