Stoltenberq Kuleba ilə Kaxovka bəndinin dağıdılmasını müzakirə edib

Stoltenberq Kuleba ilə Kaxovka bəndinin dağıdılmasını müzakirə edib
# 07 iyun 2023 17:25 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arsında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Baş katib Stoltenberq "Twitter" hesabında bildirib.

"Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə minlərlə insanı evlərindən didərgin salan və Ukraynada ekoloji fəlakətə səbəb olan Kaxovka bəndinin dəhşətli şəkildə dağıdılması barədə danışdım. Nazir Kuleba sabah mənim sədrlik edəcəyim NATO-Ukrayna Komissiyasının iclasında müttəfiq səfirlərə virtual qoşulacaq", - Stoltenberq deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR