Stoltenberq Madrid Sammitində mühüm qərarların veriləcəyini deyib

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 14 iyun 2022 14:07 (UTC +04:00)

"Madriddə keçiriləcək Sammitdə biz mühüm qərarlar qəbul edəcəyik".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq AMNA-ya müsahibəsində deyib.

O bildirib ki, bu qərarlardan ən vacibi alyansın yeni Strateji Doktrinasının qəbul olunmasıdır: “Şimali Atlantika Müqaviləsi ilə yanaşı, Strateji Doktrina NATO-nun ən mühüm sənədidir. Bu, NATO-nun dəyərlərini, məqsəd və vəzifələrini bir daha təsdiqləyir. O, təhlükəsizlik mühitinin kollektiv qiymətləndirilməsini təmin edəcək və Alyansın gələcək mühitə uyğunlaşması üçün plan kimi xidmət edəcək”.

Stoltenberq qeyd edib ki, 2010-cu ilin Strateji Doktrinası qəbul olunan zaman Avropada sülh hökm sürürdü.

“Lakin Putinin Ukraynaya qarşı müharibəsi bu sülhü pozdu. Həmçinin, 2010-cu il Doktrinasında Çindən bir dəfə də olsun bəhs edilməyib. Bu gün Çinin artan təsiri təhlükəsizliyimiz və demokratiyalarımız üçün nəticələri ilə dünyanı yenidən formalaşdırır. Kibertəhdidlər və iqlim dəyişikliyi kimi digər çağırışlar 2010-cu il Doktrinasında demək olar ki, qeyd olunmur və indi onları gözardı etmək mümkün deyil", - o vurğulayıb.

Stoltenberq Rusiya-Ukrayna müharibəsinə cavab olaraq NATO-nun daha güclü çoxtərəfli institutlara və Avropa ilə ABŞ arasında daha dərin əməkdaşlığa ehtiyac olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR