“Cəsarətli Ukrayna hərbçiləri Rusiya qüvvələrini geri oturdur”.
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Aİ Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayaraq strateji səhv edib.
“Moskvadakı rejim fərqli Avropa istəyir, bu rejim öz qonşularına nəzarət etmək istəyir, demokratiyanı zədələmək istəyir. Biz həmrəy olmalı, transatlantik əlaqələri gücləndirməli və Ukraynaya dəstəyimizi artırmalıyıq”, - Stoltenberq vurğulayıb.