Stoltenberq: "NATO müttəfiqlərinin Ukraynaya hərtərəfli yardım paketi ilə bağlı razılığa gələcəyini gözləyirəm"

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 15 iyun 2022 14:56 (UTC +04:00)

"Madriddə keçiriləcək sammitdə NATO müttəfiqlərinin Ukraynaya hərtərəfli yardım paketi ilə bağlı razılığa gələcəyini gözləyirəm".

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

O bildirib ki, bu dəstək paketi Ukraynaya daha uzun müddətə yardım etmək, ölkənin sovet dövründən qalma texnikadan NATO-nun müasir avadanlıqlarına keçid etməsinə və NATO ilə qarşılıqlı əməkdaşlığın yaxşılaşdırılmasına təkan verməyi əhatə edə bilər.

"Müttəfiqlər ağır silahlar və uzaq mənzilli raket sistemlər də daxil olmaqla, Ukraynanın qalib gəlməsi üçün bu ölkəni lazım olan hərbi texnika ilə təmin etməyə davam edəcək. NATO müttəfiqlər Avropadakı yaxın tərəfdaşlarımızın suverenliyi və ərazi bütövlüyünü və hər bir xalqın kənar müdaxilələrdən azad şəkildə öz yolunu seçmək hüququ dəstəkləməkdə qətiyyətlidir" - Baş katib vurğulayıb..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR