Stoltenberq: "NATO-nun müttəfiqlərinin təhlükəsizliyi və müdafiəsini təmin etmək üçün lazım olanı edəcəyik"

Stoltenberq: "NATO-nun müttəfiqlərinin təhlükəsizliyi və müdafiəsini təmin etmək üçün lazım olanı edəcəyik"
# 23 dekabr 2021 22:28 (UTC +04:00)

NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ və avropalı rəsmilərlə Ukrayna məsələsini müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə Baş katib Stoltenberq "Twitter" hesabında məlumat verib.

O bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken, Almaniya xarici işlər naziri Annalena Baerbok və Britaniyanın müdafiə məsələləri üzrə dövlət katibi Hon Ben Vallasla telefon əlaqəsi saxlayaraq Ukrayna və onun ətrafında Rusiyaya məxsus hərbi qüvvələrin mövcudluğunu müzakirə edib.

"Biz təhlükəsizliyimizə təsir edən amilləri qiymətləndirməyə davam edirik və dialoqa açıq olmaqla yanaşı bütün NATO müttəfiqlərinin təhlükəsizliyi və müdafiəsini təmin etmək üçün lazım olanı edəcəyik" deyə, NATO-nun Baş katibi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR