Stoltenberq: NATO-nun Ukraynaya dəstək vermək hüququ var

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 25 yanvar 2023 12:06 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq alyansın Ukrayna-Rusiya müharibəsində tərəf olmayacağını bildirib.

APA xəbər verir ki, bu barədə Stoltenberq "Die Welt" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, NATO Ukraynadakı müharibədə tərəf olmayıb və olmayacaq.

“NATO-nun münaqişədə iştirak etməməsi alyansın Ukraynaya nə qoşun, nə də təyyarə göndərməməsi faktını sübut edir”, - Stoltenberq bildirib.

Eyni zamanda, o qeyd edib ki, Ukrayna BMT Nizamnaməsinə uyğun olaraq “özünü müdafiə etmək hüququna malikdir”, ona görə də NATO-nun ona dəstək vermək hüququ var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR