Stoltenberq: NATO ölkələri Ukraynaya yardım etməkdən yorulmamalıdır

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 21 noyabr 2022 15:55 (UTC +04:00)

NATO ölkələri Ukraynaya yardım marafonunda yorulmamalıdır.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Madriddə keçirilən 68 sessiyası çərçivəsində parlamentarilərin suallarını cavablandırarkən deyib.

"Biz "Ukrayna yorğunluğu"na icazə verməməliyik. Biz bu müharibədə Prezident Putinin qalib gəlməsinə icazə verə bilmərik. Bu, Ukrayna üçün ağır nəticə ilə yanaşı, həm də bizim marağımıza uyğun deyil. Bu, bizim demokratiyamız və təhlükəsizliyimiz üçün vacibdir".

Stoltenberq deyib ki, Ukraynaya dəstəyin davam etdirilməsi Alyansa üzv ölkələrin xalqlarından asılıdır.

"Vətəndaşlara bu dəstəyin davam etdirilməsin vacibliyi hər zaman çatdırılmalıdır", o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR