Stoltenberq Odessadan taxıl daşıyan ilk gəminin göndərilməsini alqışlayıb

Stoltenberq Odessadan taxıl daşıyan ilk gəminin göndərilməsini alqışlayıb
# 01 avqust 2022 14:11 (UTC +04:00)

Mən BMT-nin vasitəçiliyi ilə bağlanmış saziş çərçivəsində Odessadan Ukrayna taxılını daşıyan birinci gəminin göndərilməsini alqışlayıram.

APA xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq “Tvitter”də yazıb. O, Ukraynadan taxılın çıxarılması ilə bağlı razılaşmada Türkiyənin oynadığı rolu vurğulayıb.

“Müttəfiqimiz Türkiyəyə oynadığı çox vacib roluna görə təşəkkür edirəm. NATO müttəfiqləri Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində yaranan qlobal ərzaq böhranını azaltmaq üçün sazişin tam şəkildə həyata keçirilməsini güclü şəkildə dəstəkləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR