Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir”

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 27 noyabr 2022 11:45 (UTC +04:00)

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanı diz çökdürmək üçün qışdan silah kimi istifadə edə bilməyəcək.

APA xəbər verir ki, bu barədə "Welt am Sonntag” nəşri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, NATO Kremlin müharibədə məğlubiyyətə böyük qəddarlıqla reaksiya verdiyini açıq şəkildə görür, bununla belə, qış Rusiya ordusuna kömək etməyəcək.

"Qışın gəlişi ilə Moskva ölkəni diz çökdürmək üçün Ukraynanın enerji təchizatını bombalamağa başladı. Putin qışdan silah kimi istifadə etməyə çalışır. Lakin buna nail olmayacaq", - Stoltenberq bildirib.

Baş katib qeyd edib ki, NATO Almaniyanın Ukraynaya ilkin silah tədarükünü yüksək qiymətləndirir. Bununla yanaşı, Stoltenberq vurğulayıb ki, bütün tərəfdaşlar Ukraynaya dəstəyi artırmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR