Stoltenberq Rusiya-NATO Şurasının iclasının vaxtı ilə bağlı təklif verib

NATO-nun baş katibi Yens Stoltenberq

© APA | NATO-nun baş katibi Yens Stoltenberq

# 26 dekabr 2021 18:33 (UTC +04:00)

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Federasiyasına yanvarın 12-də NATO-Rusiya Şurasının iclasını çağırmağa təklif edib. Hansı ki, həmin vaxt Brüsseldə Alyansın Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində planlaşdırılan iclası keçiriləcək.

APA bildirir ki, bu barədə “TASS” alyansın mətbuat xidmətinə istinadən xəbər verib.

Mətbuat xidmətindən bildirilib ki, NATO-nun baş katibi Yens Stoltenberq, NATO-Rusiya Şurasının sədri kimi, 12 yanvar 2022-ci ildə şuranın iclasının çağırılmasına qərar verib:

“Bu görüşlə bağlı Rusiya ilə əlaqə saxlayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR