Stoltenberq Şoltsla "Şimal axını" kəmərlərində törədilən təxribatı müzakirə edib

Yens Stoltenberq, Olaf Şolts

© APA | Yens Stoltenberq, Olaf Şolts

# 30 sentyabr 2022 15:48 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Stoltenberq "Twitter"də bildirib.

NATO Baş katibi Almaniyaya Ukraynaya göstərdiyi davamlı dəstək üçün təşəkkür edib.

“Biz həmçinin "Şimal axını" kəmərlərində törədilən təxribatı da müzakirə etdik”, - o qeyd edib.

Stoltenberq bu təxribatla bağlı araşdırmaları NATO-nun dəstəklədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR