Stoltenberq taxıl sazişinə görə Ərdoğana təşəkkür edib

Stoltenberq taxıl sazişinə görə Ərdoğana təşəkkür edib
# 03 noyabr 2022 21:45 (UTC +04:00)

Mən Türkiyəyə, prezident Ərdoğan və xarici işlər naziri Çavuşoğluna taxıl sazişinin imzalanması və yenidən bərpa olunmasına görə təşəkkür edirəm.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı bildirib.

O əlavə edib ki, Türkiyə NATO-nun çox vacib üzvüdür və terrorla mübarizədə böyük işlər görür. Onun sözlərinə görə, NATO da öz növbəsində Türkiyənin təhlükəsizliyinə böyük dəstək verir.

Stoltenberq qeyd edib ki, regionda baş verən hadisələr İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün nə dərəcədə vacib olduğunu götərir. NATO-nun baş katibi, həmçinin, iki ölkənin Türkiyənin tələblərini yerinə yetirəcəklərinə inandığını da vurğulayıb: “Düşünürəm ki, artıq İsveç və Finlandiyanın NATO-ya tamhüquqlu üzv olmasının, onlara xoş gəlmisiniz deməyin vaxtı çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR