Stoltenberq: Təhlükəsizlik prinspilərimizdə güzəştə getməyəcəyik

NATO-nun Baş katibi Yens Stoltenberq

© APA | NATO-nun Baş katibi Yens Stoltenberq

# 26 yanvar 2022 23:44 (UTC +04:00)

Risklərin azaldılması, şəffaflıq və silahlara nəzarət hamı üçün real təhlükəsizlik mühitini təmin edə bilər.
APA-nın xəbərinə görə bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi onlayn mətbuat konfransında deyib. O, hərbi şəffaflıqla bağlı Vyana Sənədinin modernizə edulməli olduğunu qeyd edib.

“Nüvə silahları, orta və yaxınmənzilli raketlər də daxil olmaqla silahlara nəzarətlə bağlı ciddi müzakirələrə ehtiyacmız var”, - deyə Yens Stoltenberq qeyd edib.

Yens Stoltenberq NATO-Rusiya Şurasını çərçivəsində qarşılıqlı narahatlıq doğuran məsələlərin ətraflı müzakirəsi üçün müttəfiqlərin hazır olduğunu vurğulayıb.
Əlvə edib ki, NATO-nun dialoqla bağlı bütün səyləri Ukrayna, Gürcüstan, Finlandiya, İsveç və Avropa İttifaqı (Aİ) da daxil olmaqla ilə bütün NATO tərəfdaşları ilə kordinasiya ediləcək.

“NATO müdafiə xəttidir və biz qarşıdurma axtarmırıq. Lakin, biz müttəfiqliyimizin təhlükəsizliyinin, Avropada və Şimali Amerikada təhlükəsizliyin əsaslandığı prinsiplərdə güzəştə gedə bilmərik və getməyəcəyik. Biz öz təsis müqaviləmizə və kollektiv müdafiə ilə bağlı 5-ci maddəyə tam sadiq qalırıq. Biz bütün müttəfiqləri müdafiə etmək və qorumaq üçün bütün zəruri tədbirləri görəcəyik”, -deyə Baş katib vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR