NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin NATO-ya töhfələr verdiyini deyib.
APA TRT Haber-ə istinadən bildirir ki, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra belə deyib:
"Türkiyənin haqlı narahatlıqlarının fərqindəyik, İsveç bu narahatlıqları aradan qaldırmaq üçün mühüm addımlar atdı".
Prezident Rəcəb Tayyib Ərdoğan Stoltenberqi Dolmabaxça ofisində qəbul edib. Stoltenberq, açıqlamasında Türkiyənin NATO-ya verdiyi töhfəyə diqqət çəkib.
NATO baş katibi, "Türkiyənin NATO-nun Kosovodakı varlığına əlavə əsgər göndərmə qərarına görə minnətdaram. Türkiyə bu səylərə liderlik edir. Biz Ərdoğanla Türkiyə, İsveç və NATO arasında 12 iyun həftəsində yenidən görüş olması barədə razılığa gəldik" - deyib.