Stoltenberq Ukrayna müdafiə naziri ilə görüşəcək

Stoltenberq Ukrayna müdafiə naziri ilə görüşəcək
# 16 yanvar 2023 16:13 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Ukrayna müdafiə naziri Oleksiy Reznikovla görüşəcək.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, NATO-nun Baş katibi Yens Stoltenberq yanvarın 20-də Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edəcək.

İclas ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sədrliyi ilə keçiriləcək və burada Ukraynada davam edən böhran, NATO müttəfiqləri və tərəfdaşlarının üzləşdiyi müvafiq təhlükəsizlik məsələləri müzakirə olunacaq.

İclas çərçivəsində Baş katibin Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və digər yüksək vəzifəli şəxslərlə ikitərəfli görüşləri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR