Stoltenberq Ukraynadakı döyüşlərin NATO-Rusiya müharibəsinə çevrilməməli olduğunu deyib

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 28 fevral 2023 15:00 (UTC +04:00)

"NATO müttəfiqləri Ukraynaya misli görünməmiş yardım edir. Biz bu münaqişədə tərəf deyilik lakin unutmamalıyıq ki, bu, təcavüzkar müharibədir və Rusiya Prezidenti Putin tərəfindən Ukraynaya qarşı başladılıb. BMT Nizamnaməsinə uyğun olaraq Ukraynanın özünü müdafiə etmək hüququ var və bizim də özünü müdafiə edən Ukraynaya yardım etmək hüququmuz var".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Helsinkidə Finlandiya Baş naziri Sanna Marinlə birgə mətbuata açıqlamasında deyib.
O bildirib ki, NATO-nun digər bir vəzifəsi bu müharibəni genişmiqyaslı müharibəyə - NATO və Rusiya arasında müharibəyə çevrilməsinə imkan verməməkdir. "Ona görə də biz Baltik regionunda və alyansın şərq qanadında hərbi mövcudluğumuzu gücləndirərək açıq siqnal göndərdik".
Stoltentenberq bildirib ki, hazırda ən vacib olan Ukraynaya dəstəyi davam etdirməkdir. "Heç kimi deyə bilmir ki, bu müharibə nə zaman bitəcək. Lakin bu müharibə bitdikdən sonra biz tarixin təkrarlanmasına icazə verməməliyik. Bu isə o Prezident Putinin öz qonşuları ilə hücum edə bilməməsi deməkdir. Buna görə də biz Ukraynanın hərbi imkanlarını gücləndirməliyik və eyni zamanda bir format, çərçivə yaratmalıyıq ki, gələcəkdə Putin Ukraynaya yenidən hücum edə bilməsin. NATO müttəfiqləri razılaşıblar ki, Ukrayna alyansın üzvü olacaq lakin bu uzun müddətli prespektivdir. Hazırda vacib olan Ukraynanın suveren ölkə olaraq qalib gəlməsi üçün ona lazımi dəstəyi təmin etməkdir", - Stoltenberq vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR