Stoltenberq Ukraynadakı münaqişənin bitmə vaxtını proqnozlaşdırmaqda çətinlik çəkib

Stoltenberq Ukraynadakı münaqişənin bitmə vaxtını proqnozlaşdırmaqda çətinlik çəkib
# 10 avqust 2022 04:20 (UTC +04:00)

Ukraynada müharibənin nə qədər davam edəcəyini və nəticələrin necə olacağını proqnozlaşdırmaq mümkün deyil.

APA xəbər verir ki, bu barədə “Vijesti” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Jurnalistin Ukraynadakı münaqişənin sona çatması ilə bağlı proqnozla bağlı sualını cavablandıran Stoltenberq deyib:

“Ukraynada müharibənin nə qədər davam edəcəyini və nəticələrin necə olacağını proqnozlaşdırmaq mümkün deyil. Nə qədər lazımdırsa Ukraynanı dəstəkləmək vacibdir. Təbii ki, Ukraynaya verdiyimiz bütün hərbi, iqtisadi və humanitar yardımlar baha başa gəlir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR