Stoltenberq: “Ukraynanı dəstəkləmək bizim marağımızdadır”

Stoltenberq: “Ukraynanı dəstəkləmək bizim marağımızdadır”
# 28 iyun 2022 18:04 (UTC +04:00)

Ukrayna xalqı, Ukrayna silahlı qüvvələri hər gün savaşır, itkilər verir. Ukraynanın mülki infrastrukturu, şəhərləri, xəstəxanaları, məktəbləri raket hücumlarına məruz qalır.

APA xəbər verir ki, bunu Baş katib Yens Stoltenberq NATO Sammiti çərçivəsində İctimai Forum - İqlim və Təhlükəsizlik üzrə Yüksək Səviyyəli Dialoqda bildirib.

“Mən NATO Baş katibi kimi alyansın müttəfiqlərinin və tərəfdaşlarının bu müharibənin nəticələrindən təsirlənmə faktını qəbul edirəm: artan qiymətlər, yüksələn enerji qiymətləri. Mən bu narahatlıqları bölüşürəm. Alyansdakı müttəfiq ölkələrin siyasi liderləri bu problemi müxtəlif yollarla həll etməyə çalışır. Ancaq eyni zamanda, bu, fərqli bir vəziyyətdir. Burdakı vəziyyət Ukraynadakıların yaşadıqlarından daha fərqlidir. Onlar orada öldürülür, biz qırğınlara şahid oluruq. Yəni biz bu məsələləri öz perspektivimizn üzərinə qoymalıyıq. Bu, həm mənəvi, həm də siyasi öhdəliklərlə bağlı məsələdir. Ancaq ikinci məsələ də odur ki, Ukraynanı dəstəkləmək bizim marağımızdadır. Biz Ukraynanı dəstəkləməliyik və dəstəkləyəcəyik, çünki biz çox yaxın tərəfdaşlarıq, illər ərzində birgə əməkdaşlıq etmişik. Lakin ən əsası biz bilməliyik ki, əgər Putin bu müharibədə qalib gələrsə, bizim dünyamız, NATO müttəfiqlərinin dünyası qeyri-təhlükəsiz olacaq. Beləliklə, bizim təhlükəsizlik marağımız tələb edirik ki, biz Ukraynanın suveren, müstəqil ölkə kimi, qalib gəlməsinə əmin olaq. Bu isə lazım olduğu müddətdə Ukraynaya dəstək verməyi tələb edir”, - Baş katib qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR