Stoltenberq Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edəcək

Stoltenberq Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edəcək
# 06 sentyabr 2022 17:15 (UTC +04:00)

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclası keçiriləcək.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 8-də Berlində Ramşteyn Bazasında keçiriləcək iclasda NATO Baş katibi Yens Stoltenberq də iştirak edəcək.

"İclas ABŞ-ın müdafiə naziri Lloyd Ostin tərəfindən keçirilir. Burada Ukraynada davam edən müharibə və NATO müttəfiqləri və tərəfdaşlarının üzləşdiyi müvafiq təhlükəsizlik məsələləri müzakirə olunacaq. Baş katib Ramşteyndəki Müttəfiq Hava Komandanlığının (AIRCOM) qərargahına da baş çəkəcək", - NATO-nun məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR