Stoltenberq və Blinken Türkiyə ilə Yunanıstanı dialoqa çağırıb

Entoni Blinken, Yens Stoltenberq

© APA | Entoni Blinken, Yens Stoltenberq

# 09 sentyabr 2022 16:19 (UTC +04:00)

“Türkiyə və Yunanıstan NATO-nun vacib müttəfiqləridir və biz istəyirik ki, onlar fikir ayrılıqlarını diplomatik yolla həll etsinlər”.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq ABŞ Dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib.

“Bu iki ölkə bizim dəyərli müttəfiqlərimizdir, NATO-ya böyük töhfələr verirlər. Doğrudur, onlar arasında fikir ayrılıqları var və biz gözləyirik ki, onlar bu fərqli yanaşmaları diplomatik yollarla həll etsinlər”, - Stoltenberq bildirib.

Entoni Blinken də tərəfləri konstruktiv dialoqa çağırıb.

“Tərəflər fikir ayrılığını konstruktiv yolla, diplomatik vasitələrlə həll etməlidir. Türkiyə də, Yunanıstan da çox vacib tərəfdaşlarımızdır. Bizim qarşımızda çox ciddi təhlükə var: Rusiyanın Ukraynaya təcavüzü. Və biz həmrəy olmalı, öz resurslarımızı Ukrayna üçün dəstəyə yönəltməliyik”, - Blinken vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR