Stoltenberq və Kuleba cəbhədəki vəziyyəti müzakirə edib

Stoltenberq və Kuleba cəbhədəki vəziyyəti müzakirə edib
# 11 yanvar 2023 19:25 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Kuleba "Twitter"də bildirib.

"Telefon danışığı zamanı mən NATO Baş katibi Stoltenberqə 2022-ci ildə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür etdim və bu dəstəyi davam etdirməyə çağırdım. Biz həmçinin Vilnüsdə keçiriləcək sammitə hazırlığı müzakirə etdik. Mən Baş katibi cəbhədəki son vəziyyətlə bağlı məlumatlandırdım və Ukraynanı Qərb istehsalı tanklarla təmin etməyin vacibliyini vurğuladım", - Kuleba deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR