Stoltenberq xəbərdarlıq edib: Rusiyanın addımlarına uyğun cavab veriləcək

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 21 sentyabr 2022 17:30 (UTC +04:00)

“Bu ritorikanı Putin daha əvvəl də bir neçə dəfə təkrar edib. O, nüvə müharibəsinin nəticələrini yaxşı bilir və anlayır ki, nüvə müharibəsində heç kim qalib olmur”.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Rusiya liderinin nüvə silahının tətbiq edəcəkləri ilə bağlı xəbərdarlığına münasibət bildirərkən deyib.

Stoltenberqin sözlərinə görə, NATO açıq şəkildə bəyan edib ki, Rusiyanın addımlarına uyğun müvafiq cavabı verəcək və Moskvada bununla bağlı heç bir yanlış hesablama olmamalıdır.

“Putinin çıxışında gözlənilməyən nəsə yox idi. Bu bizim üçün sürpriz deyildi, buna hazırlaşırdıq. Biz təmkinli, sakit olmağa davam edəcəyik. Eyni zamanda, Ukraynaya yardımızı da davam etdirəcəyik”, - NATO Baş katibi qeyd edib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR