Stoltenberq: "Zelenski NATO sammitində iştirak edəcək, lakin bunun hansı formatda olacağı bəlli deyil"

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 15 iyun 2022 13:35 (UTC +04:00)

"Ukrayna Prezidenti Vladimir Zelenski iyun ayının sonunda Madriddə keçiriləcək NATO sammitinə qatılacaq".

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bu gün və sabah keçiriləcək müdafiə nazirlərinin iclasından əvvəl mətbuat konfransında deyib.

"Prezident Zelenski bu sammitə dəvət edilib. Əlbəttə, biz onun Madriddə, bu sammitdə şəxsi iştirakını görməyə şad olardıq. Amma ona necə uyğundursa o, elə qatılacaq, bu videoformatda da ola bilər. Ukrayna lideri müttəfiq liderlərin qarşısında çıxış edəcək", Baş katib Stoltenberq deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR